!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazaxıstanın Azərbaycana marağı artacaq

!Reklam – Yazi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıya rəsmi səfərə gəlib. Bu səfər çərçivəsində o, Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Nazarbayevin Bakıya olan bu səfəri Qazaxıstanın Azərbaycana maraq və diqqətinin artmasının göstəricisidir:

“Qazaxıstan Azərbaycanın strateji tərəfdaşıdır. Astana bir türkdilli ölkə olaraq Qarabağ məsələsində də Azərbaycana real dəstək verib və verməkdədir. Baxmayaraq ki, Ermənistanla birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Amma rəsmi Astana hər zaman Azərbaycanın mövqeyini müdafiə edib. Qazaxıstan hətta Ermənistanda keçirilən regional toplantılara da qatılmayıb. Düşünürəm ki, Nazarbayevin ölkəmizə olan bu səfəri zamanı da Dağlıq Qarabağ məsələsilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyən açıqlama ilə çıxış edəcək. İqtisadi mövzu ətrafında da iki ölkə arasında danışıqların olacağı gözlənilir. Çünki böyük enerji layihələri reallaşmaqda, Bakı-Tiflis-Qars dəmiryolu da tamamlanmaq üzrədir. Hansı ki, bu dəmiryolundan gələcəkdə Qazaxıstan da yararlanacaq. Habelə, Xəzərdəki dəniz limanı vasitəsilə Qazaxıstan öz məhsullarını Azərbaycandan keçirtməklə Avropaya daşımaq istəyir. Yəni bu kimi mövzular da iki ölkə rəhbərləri arasında ciddi müzakirə predmeti olacaq. Bu səfər ondan xəbər verir ki, ikitərəfli münasibətlər daha da güclənəcək. Təmaslar artacaq. Gələcəkdə mümkündür ki, Azərbaycan dövlət başçısının da Qazaxıstana səfəri baş tutsun. Mövcud layihələr reallaşdıqca, Bakı böyük layihələrdə açar dövlətə çevrildikcə, Qazaxıstanın regional lider dövləti olaraq Azərbaycana marağı artacaq. Beləliklə

Astana da bu layihələrdə iştirak edəcək”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

799
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv