Qazaxıstanın hərbi gəmisi Bakıya gəldi

Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 23-də Bakıya gəlib.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin gəmi Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku – 2018” beynəlxalq yarışlarında iştirak edəcək.