Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 23-də ölkəmizə səfər edib.

Bu barədə Yenicag.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində ölkələr arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

COP29