“Qazaxlı Alik” Rauf Arifoğluna dəstək verdi – Fotolar

Qarabağ savaşında iştirak edən, “Qazaxlı Alik” ləqəbi ilə tanınan əfsanəvi komandir Alik Muradov 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlunun seçki qərargahına gələrək ona dəstək nümayiş etdirib.

Yenicag.az xəbər verir ki, Musavat.com-a açıqlama verən A. Muradov Rauf Arifoğluni millət vəkili olmağa layiq bir şəxsiyyət kimi dəyərləndirib: “Qarabağ savaşında ikən bizə yalnız düşmənin gülləsi tuşlanmışdısa, Rauf Arifoğluna neçə-neçə silah tuşlanmışdı. O düz sözü dediyinə görə çoxlarının hədəfində idi. Ona görə R. Arifoğlu layiqli namizəddir. Azərbaycanı təmsil edən, Milli Məclisdə iştirakı vacib olan bir insandır. R.Arifoğlu xalqın sözünü deyən insandır. Bir insanın əməli yaxşı ola bilər, ancaq bir insan kimi özü yaxşı olmaz, imanı olmaz. Rauf Arifoğlunun imanı o qədər güclüdür ki… Deyirlər malı gedənin imanı olmaz. Ancaq Raufun malı da gedib, canı da gedib, ancaq imanı özündə qalıb. Bu keyfiyyətlərinə görə, o çoxlarından üstündür”.

Alik Muradov R.Arifoğluna hər cür dəstək verməyə hazır olduğunu bildirib, ona seçkidə uğurlar arzulayıb.