Qazi atasından 500 manat istədiyi deyilən Nazilə Səfərli OD PÜSKÜRDÜ – VİDEO

Şairə Nazilə Səfərli ilə Bakıda yerləşən “Louvre Plaza” şadlıq sarayı arasında qalmaqal yaşanıb.

Yenicag.az xəbər verir ki, şairə sosial media hesabında paylaşım edərək qazinin qızının xınasını təşkil etmək istədiyini, lakin məclisin keçiriləcəyi məkanın rəhbərliyinin hər hansı xına şirkətinin zala girişinə icazə vermədiyini bildirib.

Sözügedən məkandan isə “Qafqazinfo” ya onlarda xına mərasiminin restoran tərəfindən hədiyyə olunduğu, Nazilə Səfərlinin isə həmin ailədən 500 manat istədiyi bildirilib.

Nazilə Səfərli barəsində səslənən iddialara cavab verib.

O, qazi atasının səsyazısını yayaraq restoran sahibini yalan danışdığını deyib:

“Batdıqca batırsınız. Onsuz da yönlü restoran deyilsiz. Dəlləkliyinizi yetim qızların, qazi balalarının başında açmayın. Ayıbdır”.

Videonu təqdim edirik:

Cəvahir