!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qazi Sahil Həsənli nazirlikdə işlə təmin edildi - FOTO

!Reklam – Yazi

Vətən müharibəsi iştirakçısı Həsənli Sahil Rauf oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən işlə təmin edilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, H. Z. Tağıyev qəsəbəsində yaşayan qazi yaşayış yerinə yaxın olması nəzərə alınaraq Agentliyin Sumqayıt şəhərindəki Reabilitasiya Mərkəzində operator vəzifəsinə təyin olunub.

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunan qazi müvafiq sosial ödənişlərlə (təqaüd və müavinət) təmin edilir. Sahil Həsənlinin mənzil və avtomobillə təminatı da həyata keçiriləcək. Vətən müharibəsi qazilərinin yüksək texnologiyalı protezlə təminatı işləri aparılır. Artıq 17 qazi həmin müasir protezlə təmin olunub, daha 12 hərbçinin müasir protezlə təmin olunması üçün ölçülər götürülüb. Yuxarı ətrafı amputasiya olunmuş qazilərin də yüksək texnologiyalı protezlərlə təminatı üçün işlərə başlanıb. Onlardan biri kimi, hazırda Sahil Həsənlinin də yüksək texnologiyalı protezlə təmin olunması üçün işlər aparılır”, – deyə qeyd olunub.

www.yenicag.az

435
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv