!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qazilərimizi intihara sövq edən səbəblərin aradan qaldırılması üçün...” – AKTUAL ŞƏRH

!Reklam – Yazi

“Belə bir şəraitdə qazilərin problemləri yenə də aradan qaldırılmırsa, deməli, istək yoxdur”.

Bu fikirləri müxtəlif bölgələrimizdə qazilərimizin üzləşdikləri problemlər üzündən intihara əl atmalarının səbəblərini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, müvafiq dövlət qurumları sanki iflicləşiblər, insanların taleyinə son dərəcə biganə yanaşırlar:

“Ümumiyyətlə, hər hansı problemin həlli üçün ilk olaraq istək olmalı, daha sonra isə buna cəhd göstərilməlidir. İlkin görünən situasiya bundan ibarətdir ki, iqtidar insanların problemlərini həll etmək istəyində deyil, bunda maraqlı olduğunu nümayiş etdirmir. Bu istiqamətdə olan fəaliyyətlərin əksəriyyəti, demək olar ki, hesabat naminə yerinə yetirilir. Hakimiyyətin müxtəlif strukturlarında bu məsələyə yanaşma belədir.

Təsəvvür yaradılmasına çalışılır ki, sanki nəsə iş görülür, amma bunun faydalılıq əmsalı sıfıra bərabərdir. O cümlədən, ölkədəki həssas sosial qrupa daxil olan insanlara münasibət də bundan fərqli deyil. Çox təəssüf ki, bu çərçivədə qazilərimizə də heç bir fərq qoyulmur. Yəni insan hansı həddə çatdırılmalıdır ki, öz canına qıysın.

Qazilərimizin problemlərinin niyə həll olunmaması haqda suala cavab vermək çox çətindir. Burada verilə bilən tək cavab yenə də budur ki, istək yoxdur. Məsələyə maddi planda baxsaq, neftin bahalaşması ilə əlaqədar hazırda Azərbaycan büdcəsində yetərincə profisit yaranıb, gəlirlər artıb. Ona görə də belə bir şəraitdə qazilərin problemləri yenə də aradan qaldırılmırsa, deməli, istək yoxdur.

Ən acınacaqlısı isə budur ki, müvafiq dövlət qurumları sanki iflicləşiblər, insanların taleyinə son dərəcə biganə yanaşırlar. Vətəndaşların problemləri onlar tərəfindən səmimi şəkildə araşdırılmır və onların həllinə yönəlik addımlar atılmır. Nəticədə qazilərin özünəqəsd halları bir-birini əvəz edir. Bu, həqiqətən, təəssüf doğurur və onu yaradan səbəblərin təcili surətdə aradan qaldırılması zərurətini bir daha ortaya qoyur”.

A.Zeynalov

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv