Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qazilərin Çingiz Qənizadəyə dəstək verməsi vəziyyəti gərginləşdirdi

Reklam: High Technic

Faktdır ki,müxalifət partiyalarının içərisində ən güclüsü AXCP-dir.Hətta bu partiya hakim YAP istisna olmaqla , ümumilikdə bütün partiyaların cəmindən bəlkə də daha çox tərəfdara malikdir.

Hazırda AXCP parlament seçkilərində iştirak etmir.

Lakin müəyyən mənada sezilir ki, bölgələrdə bu partiyanın bəzi rəhbər şəxsləri bir sıra deputatlığa namizədlərə dəstək verir.

Faktinfo.az-ın əldə etdiyi məlumata görə, AXCP-nin İmişli rayon şöbəsinin sədri Əli Qasımlı qeyri-rəsmi şəkildə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi üzrə deputatlığa namizəd Raquf Muradovu dəstəkləyir.Bu onunla izah olunur ki,ötən həftə Çingiz Qənizadənin Beyləqanın Qəhrəmanlı, İmamverdili və Qaralar kəndində seçiciləri ilə görüşü ərəfəsində 10 maşın Qarabağ Qazisi ona dəstək olub,bu da ölkə gündəmində əks-səda yaradıb.Vəziyyəti belə görən Çingiz Qənizadənin rəqibi keçmiş partiya yoldaşlarından dəstək istəmək məcburiyyətində qalıb.

Qeyd edək ki,deputatlığa namizəd Raquf Muradov əvvəllər Fövqəladə Hallar Nazirliyinin Təchizat İdarəsinin rəisi olub,müəyyən nöqsanlar səbəbindən işdən çıxarılıb.Həmçinin, oğlu Bəhruz da nazirlikdə vəzifə sahibi olub.

Bir müddət əvvəl KİV-lərin yazdığına görə,Bəhruz Muradov ayrı-ayrı şəxslərdən FHN-ə işə düzəltmək adı ilə 480.000 AZN (dörd yüz səksən min) aldığına görə,9 il 5 ay həbs cəzasına məhkum edilib.

www.yenicag.az

424