Aprelin 7-də saat 01:00-dan 12:00-dək qaz abonentləri üçün İTRON smart kart ödənişi istisna olmaqla ödəniş sistemi əlçatmaz olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Buna səbəb “Azəriqaz”ın informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi olacaq.