Qazıntı işləri zamanı kəmər zədələndi – Qaz kəsildi/FOTO

Zərdab rayonunun Çallı və Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində polietilen yeraltı orta təzyiqli qaz kəmərini qazıntı aparan təşkilatın texnikası ilə zədələyiblər.

Bu barədə Yenicag.az-a Azəriqaz İstehsalat Birliyinə istinadən xəbər verir.

Bu səbəbdən 246 abonentin qaz təchizatında fasilə yaranıb.