“Qazprom” “Türk axını”na 310 mln. avro ayıracaq

qazpromRusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası “South Stream Transport B.V.” şirkətinə 3,5 il müddətinə 310 mln. avro məbləğində kreditin verilməsini dəstəkləyib.

Yeniçağ.Az  “APA-Economics”-ə istinadən xəbər verir ki, bu vəsait “Türk axını” layihəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

“Qazprom” “Türk axını” inşasına 2017-ci ilin ikinci yarısında başlayacaq. “Qazprom” tərəfindən ayrılan vəsait “South Stream Transport B.V.” tərəfindən “Türk axını” layihəsinin xərclərinin maliyyələşdirilməsinə sərf ediləcək. Bu vəsait boru məhsulları və avadanlıqlarının tədarükü, inşaat-montaj işlərinin görülməsi, həmçinin digər məhsul, mal və xidmətlərin alınması və ümumi inzibati xərclər üçün ödənişlərin həyata keçirilməsinə xərclənəcək.

Qeyd edək ki, “Türk axını” layihəsi Rusiya rəhbərliyi tərəfindən 2014-cü ilin dekabr ayında “Cənub axını” layihəsinin əvəzi qismində elan olunub. Layihə Qara dənizin dibi ilə Türkiyənin Avropa hissəsindən Yunanıstan sərhədlərinə qədər uzanacaq.

Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur.

Yeniçağ.Az

COP29