“Qazprom” “Türk axını”nın inşasına başlayıb

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlayıb.

Yeniaçağ.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilir.

“Layihə plan üzrə həyata keçirilir. 2019-cu ilin sonunda türkiyəli və avropalı istehlakçılarımız Rusiya qazının idxalı üçün etibarlı marşrut əldə edəcəklər”, deyə şirkət rəhbəri Aleksey Miller bildirib.

Qeyd edək ki, layihəyə əsasən Qara Dənizin dibi ilə 4 boru xəttinin çəkilməsi nəzərdə tutulub. Layihə Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. Layihənin ümumi dəyəri 11,4 mlrd. avrodur. (APA)

Yeniçağ.Az

COP29