“Qazprom”un binasına PUA hücumu edildi

Rusiyanın Belqorod vilayətində “Qazprom”un binasına PUA hücumu edilib.

Yenicag.az Rusiya KİV-ə istinadla xəbər verir ki, PUA binaya partlayıcı qurğu atıb.

Hücum nəticəsində pəncərələr sınıb, binanın fasadı və dam örtüyü zədələnib.

Məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təsdiqləyib.