Qəbələ bazarında yanğın – Geyim və ərzaq dükanları kül oldu

Qəbələnin Vəndam kəndində, bazar ərazisində yanğın baş verib.

Yenicag.az xəbər verir ki, alov 12 ərzaq və geyim mağazasını bürüyüb.

Hadisə yerinə Qəbələ Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb.

Hadisənin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.