!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” – “Borussiya” oyununun biletləri satışda

!Reklam – Yazi

wew8UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Bakcell Arena”da keçiriləcək “Qəbələ” (Azərbaycan) -“Borussiya” (Dortmund, Almaniya) oyununun biletləri satışa çıxarılıb.

Biletlərin qiyməti 3, 5, 10, 20 manatdır.

“Qəbələ” klubu komandanı dəstəkləmək istəyən azarkeşlər üçün kampaniya təşkil edir. Azarkeşlər klubun formasını almaqla “Qəbələ”-“Borussiya” oyununa bilet əldə edəcəklər.

Bundan əlavə, forma almaqla azarkeşlər “Qəbələ”ni Almaniyanın Dortmund şəhərində dəstəkləmək şansı, eləcə də kostyum və futbolçuların imzaladığı formanı əldə etmək imkanı qazanacaqlar.

Azərbaycan Premyer Liqasının doqquzuncu turu çərçivəsində keçiriləcək “Qəbələ”-“Zirə” matçından əvvəl kampaniya iştirakçıları arasında lotereya keçiriləcək və qalib müəyyənləşəcək.

Formaları və biletləri “Go Sport” İdman Malları Mağazasından əldə etmək mümkündür.

Bu məqsədlə, həmçinin oktyabrın 20-22-də paytaxtın müxtəlif məkanlarında səyyar satış nöqtələri təşkil olunacaq(Azərtac)

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv