“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yenilədi

“Qəbələ” daha iki futbolçusu ilə müqaviləni yeniləyib.

Klubdan Yenicag.az-a verilən məlumata görə, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək. Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.

İsgəndərov əyalət təmsilçisinin heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana isə “qırmızı-qara” forma ilə 15 matça çıxıb.

Qeyd edək ki, “Qəbələ” bunadək dörd futbolçusu – İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla müqavilənin müddətini uzadıb.