!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” finalda!

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.

Yenicag.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə ilk qolu 37-ci dəqiqədə “Qarabağ”ın ispaniyalı oyunçusu Miçel Madeyra vurub.

58-ci dəqiqədə Dani Kintana ikinci topu qonaqların qapısından keçirib.

81-ci dəqiqədə isə qonaqların legioneri Davit Volkov hesab arasındakı fərqi azaldıb.

İlk görüşdə rəqibini 1:0 hesabı ilə məğlub edən “Qəbələ” səfərdə vurduğu qolun üstünlüyü ilə 4-cü dəfə ölkə kubokunda finala vəsiqə qazanıb.

Əyalət təmsilçisi həlledici matçda “Zirə” – “Sumqayıt” cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş saat 20:00-da başlayacaq.

www.yenicag.az

2556
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv