Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Yenicag.az xəbər verir ki, “Qırmızı-qaralar” ikinci transferini gerçəkləşdirib.
Öncə İlkin Qırtımovu sıralarına cəlb edən “Qəbələ” Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin keçidini rəsmiləşdirib. 31 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb. Son klubu “Sabah” olan Ağayev 2021-2022-ci illər mövsümünü paytaxt təmsilçisində keçirib.
Qapıçı bunadək Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib.
2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyun keçirib.