Reklam: High Technic
hightechnic

"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Keşlə"yə qalib gəldi

Reklam: High Technic

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış matçında “Kəpəz” doğma azarkeşləri önündə “Qəbələ”ni qəbul edib. Qarşılaşmanın 66-cı dəqiqəsində Filip Ozobiçin vurduğu qol qonaqlara 1:0 hesablı qələbə qazandırıb.

Ötən tur səfərdə “Qəbələ”dən 3 xalı qoparmağı bacaran “Neftçi” isə öz meydanında “Keşlə”ni qəbul edib. Bu komandaların görüşünün gərgin mübarizə şəraitində keçəcəyi gözlənilirdi. Belə də olub. Beş qolluq qarşılaşmada sevinən tərəf isə meydan sahibləri olublar.

Azərbaycan Premyer Liqası

XIX tur

9 mart (cümə)

“Kəpəz” – “Qəbələ” – 0:1

Qol: Filip Ozobiç, 66

Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

 

“Neftçi” – “Keşlə” 3:2

Qollar: Namiq Ələsgərov, 14. İqnasio Herrera, 48. Ruslan Abışov, 90 – Adrian Skarlatake, 16. Pərdis Fərcad Azad, 57.

Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Məlik Həsənov

8-ci km qəsəbə stadionu

www.yenicag.az

2853