“Qəbələ” “Keşlə” ilə bərabərə qaldı

Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Keşlə” öz meydanında “Qəbələ” ilə qarşılaşıb. Matçın ilk hissəsini qonaqlar öndə tamamlasalar da, Roman Qriqorçukun yetirmələri üstünlüyünü sona qədər qoruya bilməyib – 1:1.

Qeyd edək ki, turun daha üç oyunu sabah keçiriləcək.

13 mart

15:30.“Keşlə” – “Qəbələ” – 1:1
Qol: Baqali Dabo, 32 (0:1), Vojislav Stankoviç, 59-avtoqol (1:1)
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov
“İnter Arena”

COP29