“Qəbələ” legioneri ilə rəsmən vidalaşdı

“Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallideylə yollarını ayırıb.

Yenicag.az klub saytına istinadən xəbər verir ki, Şotlandiya “Reyncers”indən icarəyə götürülən 26 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılılıqlı razılıqla xitam verilib.

2017-ci ilin yayından bu komandada çıxış edən legioner 2017/18 mövsümünün ilk yarısında “Qəbələ”nin şərəfini qoruyub. Endi “qırmızı-qara” formada çıxış etdiyi müddət ərzində 8 oyun keçirib. Premyer Liqada 3, kubokda 1 matça çıxan şotlandiyalı UEFA Avropa Liqasında 4 oyunda şans qazanıb.

“Qəbələ” Endi Hallidey və komandadan gedən digər futbolçulara – Ekiqo Ehiosun, Aqil Məmmədov və Tellur Mütəllimova “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara görə təşəkkür edib, hər birinə gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

COP29