“Qəbələ” liderliyə yüksəlib

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

Yeniçağ.Az Apasport.az-a istinadən xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutub.

Günə Sumqayıtda start verilib. Avrokuboklar uğrunda döyüşən “Sumqayıt” autsayderi sınağa çəkib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yusif Nəbiyevin vurduğu qol yeganə olub. “Kimyaçılar” qələbə nəticəsində bir günlük aradan sonra 4-cü pilləyə qayıdıb.

Həftəyə Qəbələdə yekun vurulub. Turun mərkəzi oyununda çempionatın liderləri olan “Qəbələ” ilə “Qarabağ” üz-üzə gəliblər.

Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İlk hissədə Zenyov, ikinci hissədə Filip Ozobiç komandalarına qələbə gətirən qollara imza atıblar. “Qəbələ” qazandığı 3 xal nəticəsində liderliyə yüksəlib.

Hazırda “Qəbələ” komandasının baş məşqçisi Roman Qriqorçukdur.

Yeniçağ.Az

COP29