“Qəbələ” məğlubiyyətdən son anda xilas oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tur çərçivəsində daha bir oyun keçirilib.

Yenicag.az xəbər verir ki, turun iki matçı Qəbələdə baş tutub. Ötən mövsümün gümüş mükafatçısı “Qəbələ” doğma meydanda cari mövsüm itkisiz irəliləyən lider “Zirə” ilə qarşılaşıb. Qonaqlar oyunun sonlarında hesabı açsalar da, əlavə olunan dəqiqələrdə penalti qazanan meydan sahibləri məğlubiyyətdən xilas ola biliblər – 1:1.

Qeyd edək ki, turun açılış matçında “İnter” “Kəpəz”ə 3:2 hesabıyla qalib gəlib. Sabah isə “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. “Səbail” – “Qarabağ” oyunu da məlum səbəblərdən təxirə salınıb.

Azərbaycan Premyer Liqası
4-cü tur
9 sentyabr

“Qəbələ” – “Zirə” 1:1
Qollar: Cavid Hüseynov, 90+1-pen. – Viktor İqbekoyi, 74.
Sarı vərəqələr: Voislav Stankoviç, 37 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 83 (qeyri-idman hərəkəti); Vitali Vernidub, 90+1 (qeyri-idman hərəkəti) – Qabriel Matey, 58 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 90+1 (qeyri-idman hərəkəti).
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Cabbarov.
Artırılan vaxt: I hissədə – yoxdur.; II hissədə 5 dəq.
9 sentyabr 2017. Saat 20:30. Qəbələ şəhər stadionu, 1200 tamaşaçı.

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov (6. Elvin Məmmədov, 46), 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 19. Filip Ozobiç (9. Baqali Dabo, 53), 28. Stiven Jozef-Monroz (45. Famussa Kone, 58), 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 21. Deyv Bultuis, 70. Ülvi İsgəndərov.
Baş məşqçi: Roman Qriqorçuk.
“Zirə”: 1. Anar Nəzirov (k), 3. Jozef Bum, 4. Vüqar Mustafayev, 8. Milan Duriç, 9. David Manqa (11. Viktor İqbekoyi, 66), 14. Qabriel Matey, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 39. Sadiq Quliyev, 43. Riçard Qadze (17.Vüsal İsgəndərli, 85), 87. Müşfiq İlyasov (38. İlkin Muradov, 81).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 5. Adil Nağıyev, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 13. Aleksandr Şemonayev, 19. Elgün Nəbiyev, 20. Camal Camalov, 99. Nicat Qurbanov.
Baş məşqçi: Ayxan Abbasov.

Bu heç-heçədən sonra “Zirə” xallarının sayını 10-a çatdıraraq vahid liderliyi ələ keçirib. “Qəbələ” isə 7 xalla 3-cüdür.