!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” Miloş Yevtiç ilə müqavilə imzaladı

!Reklam – Yazi

“Qəbələ” klubunun məşqçilər korpusunda dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

Mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Sxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcısı funksiyasını yerinə yetirəcək.

Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də Sxadadze ilə birlikdə çalışan mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv