Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Qəbələ” “Neftçi”yə uduzdu

Reklam: Sinerji Pro

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün ilk oyunu Qəbələdə keçirilib. Burada eyniadlı komanda “Neftçi”ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, qonaqlar sonda əzmkar qələbəyə seviniblər.

Turun qapanış matçında isə “Keşlə” səfərdə “Zirə” ilə qarşılaşıb. Bu oyunda da qapılara üç qol vurulub və qələbəni qonaqlar bayram ediblər.

Xatırladaq ki, ötən gün “Qarabağ” səfərdə “Sumqayıt”la heç-heçəyə razılaşıb (1:1), “Kəpəz” isə “Səbail”ə qalib gəlib (2:1).

Azərbaycan Premyer Liqası
18-ci tur
4 mart

“Qəbələ” – “Neftçi” 1:2
Qollar: Elvin Məmmədov, 33 – Mirabdulla Abbasov, 59. İqnasio Herrera, 73.
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev.
Qəbələ şəhər stadionu.

“Zirə” – “Keşlə” 1:2
Qollar: Elşən Abdullayev, 29 – Tərlan Quliyev, 13. Slavik Alxasov, 74.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.

www.yenicag.az

929
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS