Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Aqil Məmmədovla anlaşıb.
Bu barədə məlumatı saytımıza əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov verib. Klub rəsmisinin sözlərinə görə, tərəflər arasında 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Aqil Məmmədovun son klubu AZAL olub.
Xatırladaq ki, “Qəbələ” bundan əvvəl “Qarabağ”dan ayrılan İlqar Qurbanovla anlaşıb.