“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirib.
Yenicag.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar” ikinci mərhələnin ilk matçına çıxıb
Komanda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüşdə meydan sahibləri 0:3 hesabı ilə uduzub.
Bu komandalar arasında cavab görüşü noyabrın 29-da Pireydə keçiriləcək.