“Qəbələ” “Omoniya”ya məğlub oldu – YENİLƏNDİ

Konfrans Liqasında 2-ci təsnifat mərhələsində “Qəbələ” Kipr təmsilçisi “Omoniya”nı qəbul edir.

Yenicag.az xəbər verir ki, matç saat 20:00-da başlayıb.

Qeyd edək ki, gənclər və idman naziri Fərid Qayıbovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov də matçı izləyir.

***

2-ci dəqiqədə “Qəbələ”nin oyunçusu erkən qol vuraraq hesabı açıb.

***

“Qəbələ” və Kiprin “Omoniya” komandaları arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

Qonaqlar hesabı bərabərləşdiriblər.

***

Qonaqlar 50-ci dəqiqədə hesabda önə keçiblər – 2:1.

***

Azərbaycan təmsilçisi 62-ci dəqiqədə hesabı bərabərləşdirib – 2:2.

***

Qonaqlar hesabda önə keçiblər. 82-ci dəqiqədə Roman Bezus penaltini dəqiq yerinə yetirməklə het-trik edib.

***

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 3:2.