Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.
Yenicag.az xəbər verir ki, turun son oyununda çempionluğa iddialı iki komanda – “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib.
Asif Məmmədovun 8-ci dəqiqədə vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb – 1:0.
Bu qələbədən sonra “Qəbələ” xallarının sayını 19-a çatdırıb.
Qeyd edək ki, “Qarabağ” bir oyun az keçirməklə 19 xalla turnir cədvəlinin lideridir.
Azərbaycan Premyer Liqası
9-cu tur
22 oktyabr
18:30. “Qəbələ” – “Qarabağ” – 1:0
Qol: Asif Məmmədov, 8
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Akif Əmirəli, Rauf Cabbarov
Qəbələ şəhər stadionu.
Turun digər oyunları: “Səbail” – “İnter” 1:0, “Kəpəz” – “Neftçi” 0:1, “Sumqayıt” – “Zirə” 2:1.