Qəbələ rayon sakinindən odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R. Şərifovdan müvafiq sənədləri olmayan TOZ-16 və TOZ-32 markalı tüfənglər, 16 ədəd patron, 1 ədəd patron kəməri və 4 ədəd giliz götürülüb.