Qəbələ sakinlərindən odlu silahlar götürüldü

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Qaradeyin kənd sakini Arzu Mirzəyevdən və Nic qəsəbə sakini Vladimir Çintalovdan müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.