Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Klubdan Yenicag.az-a verilən məlumata görə, “qırmızı-qaralar” Lauren Mendinin keçidini rəsmiləşdirib.
25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Seneqallı futbolçu bunadək Belçikanın “Antverpen”, Lüksemburqda “Düdelanj”, Fransada “Rasinq Besançon”, Çində “Jianqxi Luşan” klublarında forma geyinib.