“Qəbələ” son anda “İmişli”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün ikinci matçında “Qəbələ” I Liqa klubu “İmişli” ilə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma Premyer Liqa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. “Qəbələ”nin heyətində 90+3-cü dəqiqədə Mehrac Baxşalı fərqlənib.

“Qırmızı-qaralar” 1/4 finalda “Araz-Naxçıvan”la görüşəcək. Azərbaycan Kubokunun 1/8 final mərhələsinin digər oyunları dekabrın 20-21-də keçiriləcək./Report/