“Qəbələ” “Sumqayıt”ı məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, günün yeganə matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı-qaralar”ın yeganə qolunu 8-ci dəqiqədə Ramon Maçado vurub. Meydan sahiblərində Rövlan Muradov 84-cü dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 12-yə çatdıran “Qəbələ” 4-cü pilləyə yüksəlib. 3 xalı olan “gənclik şəhəri” təmsilçisi 8-ci sıradadır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”u 3:1, “Neftçi” isə səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 18-də keçiriləcək “Kəpəz” – “Şamaxı” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.