Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” daha bir transferini həyata keçirib.
Yenicag.az xəbər verir ki, malili hücumçu Famoussa Kone icarə əsasında 1 il “qırmızı-qara” formanı geyinəcək.
Qeyd edək ki, Kone “Bastiya”, “Samsunspor”, “Göztəpə” klublarında oynayıb. 2013-cü ildə Malinin U-20 milli komandasına cəlb olunan Kone Afrika çempionatında iştirak edib. Onun çıxış etdiyi yığma yarışın yarımfinalına qədər irəliləyib.