“Qəbələ” “Turan Tovuz”un futbolçusunu heyətinə qatdı

“Qəbələ” “Turan Tovuz”un futbolçusu İbrahim Ramazanovu heyətinə qatıb.

Yenicag.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi icarəyə götürülüb.

Futbolçu ilə 1,5 illik – 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İbrahim Ramazanov 2023/24 mövsümündə “Qəbələ”nin heyətində 4 oyun keçirib.