Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.
Yeniçağ.Az xəbər verir ki, mərhələnin cavab matçları çərçivəsində keçirilən iki qarşılaşmadan biri Bakıda, biri əyalətdə baş tutub.
İlk finalçı Qəbələdə müəyyənləşib. Eyniadlı komanda öz meydanında “İnter”i məğlub edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri bu dəfə 2 cavabsız qola sevinərək klub tarixində 2-ci dəfə finala çıxıb. Zaur Svanadzenin komandası isə möcüzəni reallaşdıra bilməyib.
Günün ikinci görüşündə Azərbaycan derbisi gerçəkləşib. 1992-ci ildən ölkə miqyaslı yarışların iştirakçısı olan “Qarabağ”la “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.
Səfərdə 2 cavabsız qolla qələbə qazanan Qurban Qurbanovun yetirmələri bu dəfə qolsuz bərabərliyə razılaşaraq ardıcıl 3-cü dəfə finala çıxıb. Son 5 finalın iştirakçısı olan “Neftçi” isə seriyanı davam etdirə bilməyib.
Qeyd edək ki, final oyunu mayın 5-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
“Qarabağ” – “Neftçi” – 0:0
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun – 2:0
“Qəbələ” – “İnter” – 2:0
Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu
İlk oyun – 3:1
Yeniçağ.Az