“Qəbələ” yoxlama oyununda “Sabah”a qalib gəldi

“Qəbələ” ilə “Sabah” arasında yoxlama matçı keçirilib.

Yenicag.az xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da baş tutub.

Görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Əyyub Allaş və Bilel Auaşeriya vurublar.

Qeyd edək ki, Azərbaycan Premyer liqasında “Qəbələ” 15 xalla sonuncu pillədədir. Aktivində 40 xal olan “Sabah” çempionatın ikincisidir./Report/