Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Yenicag.az xəbər verir ki, açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.
Matçda bütün qollar ikinci hissədə vurulub. Hesabı 58-ci dəqiqədə “qırmızı-qaralar”dan Ramon Maçado açıb. “Qartallar” 69-cu dəqiqədə Eldar Quliyevin qolu ilə tarazlığı bərpa ediblər. Lakin cəmi 10 dəqiqə sonra fərqlənən Ruan Renato əyalət təmsilçisinə vacib qələbə qazandırıb.
Bu nəticədən sonra xallarını 39-a çatdıran “Qəbələ” “Zirə”ni qabaqlayaraq 4-cü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə 5-ci sıraya geriləyib.
Qeyd edək ki, turun “Səbail” – “Sabah” və “Sumqayıt” – “Neftçi” oyunları aprelin 8-də, “Turan Tovuz” – “Şamaxı” və “Qarabağ” – “Kəpəz” matçları isə aprelin 9-da olacaq./Report/