!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ” “Zirə”yə uduzdu, "Kəpəz"dən qələbə!

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Öncə “İnter” adından imtina edib, bu gündən “Keşlə” adını daşıyacaq paytaxt təmsilçisi doğma meydanda autsayder “Kəpəz”lə qarşılaşıb. Bakılılar yeni ad altındakı ilk oyundan mütləq qələbə ilə ayrılmağı hədəfləmişdilər. Lakin matçın sonunda qələbəni gəncəlilər bayram ediblər.

Günün digər oyunu isə turun mərkəzi qarşılaşması hesab olunurdu. Burada liderlər qrupunda qərarlaşmış iki komanda – “Zirə” və “Qəbələ” üz-üzə gəlib. Üç qolluq görüşdə meydan sahibləri sevinən tərəf olublar.

Qeyd edək ki, tura sabah keçiriləcək “Nefçi” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Ötən gün isə “Qarabağ” “Səbail”i məğlub edib – 1:0.

Azərbaycan Premyer Liqası
10-cu tur
28 oktyabr (şənbə)

“Keşlə” – “Kəpəz” 0:2
Qol: V.Oseqeyl, 15. İ.Səfərzadə, 64.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Elvin Əsgərov.
Bakı. “İnter Arena”.

“Zirə” – “Qəbələ” 2:1
Qol: M.Duriç, 18-pen. S.Tounkara, 38 – F.Kone, 71.
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Mübariz Haşımov, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu.

www.yenicag.az

2743
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv