Qəbələdə 3 otaqlı ev yanıb

Qəbələdə yanğın olub.

Yenicag.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın rayonun Vəndam qəsəbəsində ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları yanıb. Talvar yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.