Qəbələdə 63 yaşlı kişi intihar etdi

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Məlikli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1958-ci il təvəllüdlü Hümbət Adil oğlu Həsənov özünü yaşadığı evin həyətindəki ağacdan asıb.

Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Məlumata görə, H.Həsənov ruhi-əsəb xəstəliyindən əziyyət çəkirdi.

Faktla bağlı araşdırma aparılır.