Qəbələdə ağır qəza – Ölən var

Qəbələ rayonunda yol qəzası baş verib.

Yenicag.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Əmili kəndi ərazisində qeydə alınıb.

Belə ki, avqustun 29-u saat 21 radələrində rayonun Mollaşıxalı kənd sakini Samir Abdullayev “VAZ-2107” markalı avtomobili idarə edərkən onu yolun kənarındakı maneəyə vurub, həmin istiqamətdə hərəkətdə olan Kiçik Əmili kənd sakini Habil Mirzəyev hadisədən yayınarkən idarə etdiyi “QAZ-5312” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpıb. Nəticədə S.Abdullayev hadisə yerində ölüb.

Qəbələ rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.