Qəbələdə avtomobil iki piyadanı vurub: ölən var

Qəbələ rayonunda avtomobil iki piyadanı vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə mayın 17-də saat 18 radələrində rayonun Əmili kəndində qeydə alınıb.

Rayon sakini Rüstəm Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən həmyerliləri Azər Babayevi və Zakir Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilən A.Babayev orada ölüb, digər yaralının vəziyyəti orta-ağırdır.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Yeniçağ.az