Qəbələdə avtomobil maneəyə çırpıldı – Ölən var

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iyulun 30-da saat 2 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində Soltannuxa kənd sakini İman Eyvazov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.