Qəbələdə birmərtəbəli ev yandı

Qəbələ rayonunun Soltannuxa kəndində ümumi sahəsi 168 m² olan birmərtəbəli evin yanar konstruksiyaları, ev əşyaları 124 m² sahədə və dam örtüyü yanıb.

Yenicag.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29