Qəbələdə çayxana yanıb

Qəbələ rayonunda yanğın olub.

Yenicag.az-ən Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Vəndam qəsəbəsində ümumi sahəsi 45 m² olan çayxananın dam örtüyünün yanar konstruksiyaları yanıb.

Çayxananın qalan hissəsi və yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.