Qəbələdə dağda qalmış şəxslər xilas edildi

qebrl

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunda yüksək dağlıq ərazidə 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Yenicag.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə endirərək aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 13:40-da başa çatıb.

Yenicag.az