Qəbələdə FACİƏ: Ata öldü, oğlu xəsarət aldı

Qəbələdə avtomobil ağaca çarpılıb, ata ölüb, oğlu xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Oğuz rayonunun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əlövsət oğlu Əsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çarpılıb. Nəticədə avtomobildə olan sərnişin – sürücünün atası 1963-cü il təvəllüdlü Bəylər Əlövsət oğlu Əskərov hadisə yerində ölüb. Qəza zamanı 28 yaşlı P. Əskərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.