Qəbələdə gərginlik: Əliyar Ağayev təhqir olundu – VİDEO

Azərbaycan Premyer Liqasının II turunda keçirilən “Qəbələ” – “Sumqayıt” (1:0) matçından sonra gərgin anlar yaşanıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra hakim idarəçiliyindən narazı qalan yerli azarkeşlər oyunun baş hakimi Əliyar Ağayevə etiraz ediblər.

Onlar referiyə oyunu düzgün idarə etməyini istədiklərini bildiriblər və onu söyüblər. Ağayev cavabında düzgün idarəçilik etdiyini bildirsə də, fanatlar onu təhqir ediblər.

Tərəflər arasında yaşanan insidenti mühafizəçilər və klub rəsmiləri sakitləşdirib.

Həmin anın videosunu təqdim edirik:

Yenicag.Az